Sektoreight: Soul Button

  • SAT | 20 APR 19 START: 23:59 Soul Button - Almaniyalı DJ və musiqi prodüseri, Steyoyoke Recordings-in təsisçisi. Avropanın ən canlı musiqi şəhəri olan Berlindən olan Soul Button, şübhəsiz ki, yerli səhnədə fərqli bir iz qoymuşdur. O, müstəsna prodüsinq bacarıqları ilə təkraredilməz, güclü, fərqli və yenilikçi bir istiqamət olan - Ethereal Techno janrını yaradıb. Onun leyblları Steyoyoke, Steyoyoke Black və Inner Symphony yeraltı musiqi dairələri içərisində formalaşaraq bir institut halına gəliblər. Qabaqcıl radio nümayişləri və podkast seriyası son bir neçə il ərzində onun izləyicilərini əhəmiyyətli dərəcədə artırdı. Onun beynəlxalq səviyyədə tanınması və müvəffəqiyyətli inkişafı, cari elektron musiqi sahəsindəki yerini təsdiqləyir. 2012-ci ildə ilk rəsmi EP-i “Shadows”-u buraxdı. Ardınca “Play Again', “Swift Minds” və “Wraith” adlı üç möhtəşəm EP işıq üzünə çıxarıb. 2017-ci ilin May ayında işıq üzünə çıxardığı "Master Of My Fate", çoxsaylı yüksək səviyyəli artistlərin dəstəyini qazandı və tez bir zamanda Beatport Deep House siyahısında yer aldı. Bir sıra üst səviyyə remixlərindən sonra o, 2018-ci ilin başlanğıcında maraqlı bir EP, 'Reverie', reliz etdi və bu EP, ümumi Beatport TOP sıralamasında 4-cü yerdə idi. O, öz leyblları ilə yanaşı Asymmetric, Kompakt, Diynamic və Einmusika kimi leybllarda da relizlər etmişdir. ▫️SOUL BUTTON https://soundcloud.com/soul-button https://www.residentadvisor.net/dj/soulbutton ▫️BUNBECK https://soundcloud.com/cavid-bunyatov ▫️RONFOLLER https://soundcloud.com/ronfoller TICKETS: ON DOOR ONLY - 15 AZN ADDRESS: JEYHUN SALIMOV INFO SUPPORT: https://varyox.az/xod-ver/in/
  • Sektoreight: Soul Button - Página frontal
RA